Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Pakistanın İslamabad şəhərində daimi atəşkəs üçün aparılan danışıqlar zamanı ABŞ dondurulmuş vəsaitlərin müəyyən hissəsinin azad edilməsinə və hücumlara son qoyulmasına razılıq verib.
Bizimyol.info xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat verib.
Vaşinqton administrasiyasının bunun müqabilində İrandan uran zənginləşdirmə fəaliyyətlərini 20 il müddətinə dondurmasını, eləcə də zənginləşdirilmiş uranı ölkədən çıxarmasını və heç bir vergi ödəmədən Hörmüz boğazında sərbəst naviqasiyaya icazə verməsini tələb etdiyi bildirilir.
Məlumatlarda qeyd olunur ki, İran tərəfi nüvə məsələsini "Tehranın təlimatlarına zidd olaraq" müzakirə edib, lakin tərəflər arasında fikir ayrılıqları əhəmiyyətli olub.
ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens əvvəllər İslamabadda İranla birbaşa danışıqların "razılaşma olmadan" başa çatdığını açıqlamışdı.
"Biz 21 saatdır ki, bunun üzərində işləyirik və iranlılarla bir sıra vacib görüşlər keçirmişik. Bu, yaxşı xəbərdir. Pis xəbər isə odur ki, razılığa gələ bilməmişik. Düşünürəm ki, bu, İran üçün ABŞ-dan daha pis xəbərdir. Ona görə də razılaşma olmadan ABŞ-a qayıdırıq", - deyə Vens bildirib.
İran mediası İslamabadda Tehran-Vaşinqton danışıqlarında ortaq çərçivə və razılaşma əldə edilməməsinin səbəbinin ABŞ-ın həddindən artıq tələbləri olduğunu irəli sürüb.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.