EN

Püstə fantastik dərəcədə bahalaşdı

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-İran münaqişəsi fonunda püstənin dünya bazarında qiymətləri son səkkiz ildə ən yüksək səviyyəyə çatıb. 

Püstənin 1 funtu 4,57 dollara çatıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Expana Markets”ə istinadən məlumat yayıb. 

Qeyd edilir ki, İran dünyanın ikinci ən böyük püstə ixracatçısıdır və dünyanın üçdə birini bu məhsulla təmin edir. 

“Expana Markets” şirkətinin analitiki Nik Moss qeyd edir ki, problemlər münaqişədən əvvəl də başlayıb və bu, 2025-ci ildə gözləniləndən az məhsul yığılması və İranda daxili siyasi qeyri-sabitlik səbəbindən baş verib.

Digər bir amil isə püstə içlikli Dubay şokoladının populyarlığının kəskin artması olub.

ABŞ və İran arasında püstə bazarında rəqabət əvvəllər Vaşinqtonun Tehrana fevral ayında hücumlarının mümkün səbəbi kimi göstərilirdi.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
1
1
cebheinfo.az

2Sources