EN

At ətini satmaq üçün Bakıya gətirirdilər VİDEO

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və DİN-in Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız ümumi çəkisi 227 kq ət aşkarlanıb.Gununsesi.info   xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.

Qeyd edilib ki, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi məlum olmayan at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar kənd sakini Əzizov Məlik Sabir oğlu tərəfindən qanunsuz olaraq kəsildiyi, Kərimli Əmrah İslam oğlu tərəfindən isə 10 XP 977 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə Bakı şəhərinə aparmağı planlaşdırdığı məlum olub.

Yararsız ət saxlanca verilib. Nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
26
icma.az

10Sources