EN

Yeni Ramana yolunda təhlükə: Uzun çuxurlar avtomobillərə ziyan vurur VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Sabunçu rayonu, Yeni Ramana yolunda asfalt örtüyünün sağ hissəsi yararsız vəziyyətə düşüb.

Bu barədə sürücülük təlimçisi Arzu Babazadə Avtosfer.az-ın “WhatsApp” ünvanına video göndərərək məlumat verib.

Kadrlardan aydın olur ki, yolun bir hissəsi ciddi şəkildə dağılıb, uzun çuxurlar yol boyu davam edir. Nəticədə ərazidən keçən sürücülərin əksəriyyəti nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün həmin hissədən keçmirlər.

Yolun həmin hissəsinə bələd olmayan sürücülər, xüsusilə gecə saatlarında hərəkət edərkən nəqliyyat vasitələrinin ehtiyat hissələrinin zədələnmə riski ilə üzləşirlər.

Qeyd olunur ki, yolun bu vəziyyəti uzun müddətdir davam edir və aidiyyəti qurumlar tərəfindən hələlik problem aradan qaldırılmayıb.

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
avtosfer.az

1Sources