“Sumqayıt”ın əvəzedicilər komandasının baş məşqçisi Vaqif Cavadov mövsümün sonunda klubdan ayrılacaq.
“Football-plus.az”a bu xəbəri klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev verdi.
U-20-də Ruy Jorjenin köməkçisi təyin olunan Cavadovun iki vəzifədə eyni dərəcədə uğurla çalışması mümkünsüzdü. Ona görə ki, mundiala evsahibliyi edəcək iki ölkədən biri olan Azərbaycanın U-20 yığması növbəti mövsüm turnirə daha intensiv qrafiklə hazırlaşacaq ki, belədə Vaqif bəy seçim etməyə məcburdu.
MÜZƏFFƏR QULUZADƏ