EN

Mövsümün sonunda “Sumqayıt”da məşqçi ayrılığı yaşanacaq! - klub rəsmisindən açıqlama

“Sumqayıt”ın əvəzedicilər komandasının baş məşqçisi Vaqif Cavadov mövsümün sonunda klubdan ayrılacaq.

“Football-plus.az”a bu xəbəri klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev verdi.

U-20-də Ruy Jorjenin köməkçisi təyin olunan Cavadovun iki vəzifədə eyni dərəcədə uğurla çalışması mümkünsüzdü. Ona görə ki, mundiala evsahibliyi edəcək iki ölkədən biri olan Azərbaycanın U-20 yığması növbəti mövsüm turnirə daha intensiv qrafiklə hazırlaşacaq ki, belədə Vaqif bəy seçim etməyə məcburdu.

MÜZƏFFƏR QULUZADƏ

Chosen
24
1
football-plus.az

2Sources