Cənubi Koreya universal pulsuz mobil internet girişi tətbiq edir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, əsas paketlərini tükədən abunəçilər şəbəkədən mesaj göndərmək kimi aşağı sürətlə istifadə edə biləcəklər.
Bildirilir ki, qərar ölkənin üç ən böyük telekommunikasiya operatoru - SK Telecom, KT və LG Uplus tərəfindən dəstəklənib.
İyun ayında qüvvəyə minəcək yeni tətbiqə əsasən, operatorlar bütün abunəçilərə aylıq limitlərini istifadə etdikdən sonra belə 400 kbit/s sürətlə mobil internet girişi təmin edəcəklər. Bu sürət mesaj göndərmək və ya xəritələrdən istifadə etmək üçün kifayət olmalıdır.
"Süni intellekt və rəqəmsal texnologiyalar dövründə mobil rabitə zərurətə çevrilib. Gündəlik ünsiyyəti və hər kəs üçün məlumat əldə etmək üçün rabitə məlumatlarına çıxış hüququnu genişləndirmək vacibdir”, - Elm nazirliyinin açıqlamasında bildirilir.
Hökumətin hesablamalarına görə, bu tədbir limitsiz məlumat planı olmayan 7 milyondan çox abunəçiyə fayda verəcək və onlar ildə təxminən 218 milyon dollar qənaət edəcəklər.
Hökumət həmçinin mobil operatorlardan 65 yaş və yuxarı vətəndaşlar üçün məlumat və zəng limitlərini artırmağı tələb etmək niyyətindədir.
Musavat.com