EN

Avtomobil dayanacağında dava Borc verən döyüldü

ain.az bildirir, Avtosfer portalına istinadən.

Avtomobil dayanacağında nəzarətçi işləyən şəxslər dalaşıb. Avtosfer.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri Yasamal rayonu Ə.Ələkbərov küçəsi, 507-ci məhəllədə baş verib. Tərəflər arasında yaranmış münaqişənin kökündə borc məsələsi dayanıb. Borc verən pulunu tələb edərkən qarşı tərəflə mübahisə yaranıb və nəticədə ikinci ona zərbə endirib. Zərərçəkmiş hadisə barədə polisə məlumat verib. Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən şəxs saxlanılıb. Cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Orxan Məmmədlinin sədrliyi ilə baxılb.

Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilib. O qeyd edib ki, qarşı tərəfin borcunu qaytarıb və onunla barışıq əldə edib. 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə aylıq qazancından dövlət nəfinə 15 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzası təyin edilib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
avtosfer.az

1Sources