Yeni həyat tərzi trendi - “rəqəmsal detoks” müharibə dövründə sürətlə yayılır
2026-cı ildə insanlar informasiya yüklənməsindən uzaqlaşmaq üçün yeni trendə – “rəqəmsal detoks”a yönəlir. Xüsusilə ABŞ–İsrail–İran münaqişəsi barədə davamlı xəbərlər psixoloji yorğunluğu artırdığı üçün sosial şəbəkələrdən uzaqlaşma vərdişi genişlənib.
Araşdırmalara görə, gündə 2 saatdan çox xəbər izləyən insanlarda narahatlıq səviyyəsi 45% daha yüksəkdir. Bu səbəbdən bir çox ölkədə “ekransız saatlar” tətbiqi yayılmağa başlayıb.
Mütəxəssislər hesab edir ki, bu trend gələcəkdə sadəcə sağlamlıq yox, həyat keyfiyyətinin əsas hissəsinə çevriləcək.
aia.az
Tərcümə şöbəsi