EN

Sabiq Qarabağ lıdan hər kəsi şoka salan Qurban Qurbanov paylaşımı

Fanat saytına istinadən ain.az xəbər verir.

Bir vaxtlar "Qarabağ"ın formasını geyinmiş (2017-2018 mövsümü) Pedro Henrike öz "Instagram" hesabında Qurban Qurbanovun videosunu paylaşaraq köhnə məşqçisinə olan hörmətini nümayiş etdirib.

Fanat.Az xəbər verir ki, videoda "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyevlə "Sabah"ın futbolçusu Akim Zedadka arasındakı gərginliyi Qurbanovun şəxsən müdaxilə edərək yatırması əks olunub.

Pedro bu anları alqış emojisi ilə paylaşaraq təcrübəli mütəxəssisin liderlik keyfiyyətinə diqqət çəkib.

Hazırda Braziliyanın "Seara" klubunda çıxış edən hücumçunun Ağdam təmsilçisini hələ də yaxından izləməsi azarkeşləri duyğulandırıb.

Kamil Xudiyev

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
fanat.az

2Sources