EN

Masazırda tikinti aparanlar kommunal xətləri zədələyiblər – ŞİKAYƏTVİDEO

Ərazidə nə qaz var, nə su, nə də internet...

Xezerxeber.az-ın xəbərinə görə, sakinlər iddia edirlər ki, 2 mərtəbəli qeyri-yaşayış obyektinin inşası zamanı qazıntı işləri aparılarkən xətlər zədələnib.

Görüntülər Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi 217 ünvanındandır.

Sakinlərin iddialarına aydınlıq gətirmək məqsədi ilə əraziyə yaxınlaşdıq. Tikintiyə  məsul şəxslərdən öyrəndik ki, adıçəkilən ünvanda  "LB PROJECET"MMC iki  mərtəbəli qeyri  yaşayış obyektinin layihələndilməsi məqsədi ilə geoloji qazıntı işləri görür. Ərazi özəl mülkiyyətdir. İntensiv yaşan yağışlar nəticəsində hasar uçub, ərazidən keçən kommunikasiya xətləri sıradan çıxıb. Hazırda  adı çəkilən ünvanda su və qaz xəttinin bərpası istiqamətində müvafi işlər görülür. O da bildirldi ki, zirzəmi də daxil olmaqla ərazidə tikintisinə başlanılan iki mərtəbəli bina ticarət obyekti kimi fəaliyyət göstərəcək. Bununla bağlı alınmış rəylər aidiyyəti qurumlarla razılaşdırılıb.

Abşeron rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazidə vətəndaşlar tərəfindən qazıntı işləri aparılarkən su şəbəkəsi zədələnib və hazırda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yerli idarələri tərəfindən təmir işləri həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
9
1
xezerxeber.az

2Sources