futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycanın futzal millisi Aktaudakı təlim-məşq toplanışı çərçivəsində bu gün Qazaxıstan yığması ilə qarşılaşıb.
Futbolpress.az xəbər verir ki, görüş rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 9:2.
Komandamız səfərə 16 futzalçı ilə yollansa da, görüş FİFA-nın reytinq cədvəlinə salınacağına görə, protokola 14 nəfərin adı daxil edilib. Tbilisi toplanışı ilə müqayisədə Azərbaycan millisinin qapısını Cavad Məmmədov qoruyub.
Matça rəng qatan məqamlardan biri uzun müddət mill komandamıza başçılıq etmiş Alesio Da Silvanın bu dəfə rəqib məşqçisi kimi əks düşərgədə olması olub.
Bu komandalar arasında növbəti oyun aprelin 15-də, saat 17:00-da başlayacaq.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.