ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sərxoş sürücü polisdən qaçarkən qəza törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Ufa şəhərində baş verən hadisə kameraya düşüb. Məlumata görə, yol polisi əməkdaşlarının "saxla" əmrinə tabe olmayan sürücü yayınmağa cəhd göstərərkən sükan idarəetməsini itirib və yüksək sürətlə beton arakəsməyə çırpılıb. Qəzadan dərhal sonra nəqliyyat vasitəsini hadisə yerində qoyan şəxs qaçmağa çalışıb. Lakin polis əməkdaşlarının çevik müdaxiləsi nəticəsində sürücü saxlanılıb.
Onun tibbi müayinəsi zamanı sükan arxasında sərxoş vəziyyətdə olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.