EN

Bu rayonun sakinləri peşman oldular VİDEO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Bu gün günorta saatlarında Qaxın Ağçay və İlusu kəndlərinə qar yağıb.Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, kənd sakinləri qarın yağmasından narahatlıq keçiriblər.Kənd sakini Adilə Tahirovanın sözlərinə görə, aprel ayında yağan qar onları peşman edib. Səbəb isə ağacların çiçəkləməsidir."Bizim dağ kəndlərimizdə üç fəsildə qar görmək mümkündür. Amma apreldə yağan qar bizi məyus edir. Çünki artıq meyvə ağacları çiçəkləməyə başlayıb. Qar yağan zaman soyuq həmin meyvə ağaclarındakı çiçəkləri məhv edir. Bu səbəbdən biz yayda meyvə üzünə həsrət qalırıq".Onu da qeyd edək ki, qar sadalanan kəndlərdə fasilələrlə yağıb.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
2
bizim.media

3Sources