“Barselona”nın baş məşqçisi Hans-Diter Flik hücumçu Lamin Yamal barədə mətbuat konfransında fikirlərini bildirib.
90deqiqe.Az-ın məlumatına görə, mütəxəssis qeyd edib ki, son oyunlarda Lamine Yamal çox yaxşı çıxış edir və onun performansından olduqca razıdır:
“Son matçlarda Yamal çox yaxşı oyun nümayiş etdirir və mən ondan çox-çox razıyam. Laminə deyirəm ki, eyni şəkildə davam etməlidir. O, təkbətək epizodlarda ən yaxşı oyunçulardan biridir və biz ona kömək etməliyik”, – deyə Hans-Diter Flik bildirib.
Qeyd edək ki, “Barselona” aprelin 14-də UEFA Çempionlar Liqasında səfərdə "Atletiko Madrid" ilə qarşılaşacaq.
İlk oyunda “Kamp Nou”da keçirilən matçda katalon klubu 0:2 hesabı ilə məğlub olub.