Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, Yevgeni Kukseviçin komandası Aktaudakı BS Arenada Qazaxıstan yığması ilə qarşılaşıb.
Matç rəqibin 9:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu komandalar arasında növbəti oyun aprelin 15-də "BS Arena"da reallaşacaq.
Milli aprelin 9-da və 11-də səfərdə Gürcüstan seçməsi ilə də yoldaşlıq görüşləri keçirib. Bu matçlarda meydan sahibləri müvafiq olaraq 4:2 və 5:2 hesablı qələbə qazanıblar.