EN

Qonaqkəndə yol çəkənlər qəzaya düşdülər: Yaralı var

Quba rayonunda avtomobil aşıb.

Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Təngaltı kəndində baş verib.

Belə ki, intensiv yağışlardan sonra qəzalı vəziyyətə düşən Quba-Qanaqkənd yoluna alternativ olaraq çəkilən yolun tikintisinə cəlb olunan yük avtomobillərindən biri sərt döngədə aşıb.

Qəza nəticəsində yük avtomobilinin sürücüsü yüngül xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Chosen
26
3
milli.az

4Sources