EN

Yaxın Şərqdə davam edən münaqişə hərbi vasitələrlə həll oluna bilməz - BMT

Bakı. Trend:

Yaxın Şərqdə davam edən münaqişənin hərbi həlli yoxdur.

Trend xəbər verir ki, bubarədə BMT-nin Baş katibinin sözçüsü Stefan Düjarrik jurnalistlərəaçıqlamasında bildirib.

Onun sözlərinə görə, İslamabadda ABŞ və İran arasında keçiriləndanışıqlarda konkret razılaşma əldə olunmasa da, müzakirələrin baştutması tərəflərin prosesə ciddi yanaşdığını göstərir və dialoqunbərpası istiqamətində mühüm, müsbət addım kimi qiymətləndiriləbilər.

Vurğulayıb ki, belə mürəkkəb məsələlər üzrə razılaşmanın qısamüddətdə əldə olunması real deyil və bu baxımdan konstruktivdanışıqların davam etdirilməsi vacibdir.

O, eyni zamanda qeyd edib ki, atəşkəs rejiminin qorunması xüsusiəhəmiyyət kəsb edir və bütün pozuntular dərhaldayandırılmalıdır.

BMT-nin Baş katibi münaqişənin nizamlanması istiqamətindəvasitəçilik səyləri göstərən Pakistan, Səudiyyə Ərəbistanı, Misirvə Türkiyəyə təşəkkür edib, beynəlxalq ictimaiyyəti bu təşəbbüsləridəstəkləməyə çağırıb.

Bildirilib ki, münaqişənin bütün tərəfləri beynəlxalq hüquqariayət etməli, o cümlədən Hörmüz boğazında naviqasiya azadlığınıtəmin etməlidirlər.

Bəyanatda, həmçinin qeyd olunur ki, hazırda təxminən 20 mindənizçi münaqişə səbəbindən faktiki olaraq blokadada qalıb.Boğazdan keçən dəniz daşımalarında yaranmış pozuntular qlobaliqtisadi qeyri-sabitliyin artmasına, eləcə də dünya üzrəmilyonlarla həssas insan üçün ərzaq təhlükəsizliyinin daha dapisləşməsinə gətirib çıxarır.

Chosen
61
3
az.trend.az

4Sources