Kreml parlament seçkilərinin nəticələrinə əsasən Macarıstanın yeni rəhbəri seçilmiş “Tisa” partiyasının sədri Peter Madyara təbrik göndərməyi planlaşdırmır.
Senzor.az bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, “Rusiya Moskvaya qarşı sanksiyaları dəstəkləyən və bu səbəbdən qeyri-dost ölkələr sırasına daxil edilən Macarıstan kimi dövlətlərə təbrik göndərmir”.
Peskov Moskvanın Viktor Orban ilə münasibətlərinin xarakterinə dair jurnalistlərin dəqiqləşdirici sualına cavab olaraq isə deyib: “Biz onunla dialoq aparmışıq”.