EN

Bakıda AQEM-in qadınların liderliyinə həsr olunmuş beynəlxalq konfransı keçirilir

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) "AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi" mövzusunda beynəlxalq konfransı keçirilir.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, konfransda "Kiçik və orta biznesdə qadın sahibkarlığı: süni intellekt və rəqəmsallaşmanın imkanları" və "Ətraf mühitin qorunması və dayanıqlılığın gücləndirilməsində qadın liderliyi" mövzusunda panel müzakirələri təşkil ediləcək.

Tədbirin davamında AQEM Qadınlar Şurasının ilk iclası planlaşdırılıb.

Tədbirin proqramına görə, yekunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və AQEM-in Baş katibi Kayrat Sarıbay mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaqlar.

Qeyd edilib ki, iclasın məqsədi AQEM-in üzv dövlətləri arasında koordinasiya, dialoq və təcrübə mübadiləsinə yönəlmiş mandatın rəsmi tətbiqidir.

Chosen
29
7
missiya.az

8Sources