EN

Novxanıda “Tullantıları tinglərə dəyiş” aksiyası keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Novxanı qəsəbəsində yerləşən “Araz” supermarketinin qarşısında baş tutub.

Aksiya çərçivəsində vətəndaşlar ümumi tutumu 306 litr olan şüşə tullantı və 85 ədəd işlənmiş batareya təhvil verərək əvəzində Eldar şamı, sərv və badam tingləri əldə ediblər.
Ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarə olunması istiqamətində bu kimi layihələrdə fəal iştirak edən bütün vətəndaşlara təşəkkürümüzü bildiririk.
Chosen
26
2
ekologiya.az

3Sources