EN

Azərbaycanda qadın fermerlərin sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda 80 min qadın fermer var. Bu qədər qadın da torpaqistifadəçisidir.

Trend xəbər verirki, bunu Azərbaycan Kənd Qadınları Assosiasiyasınin sədri GülbənizQənbərova bu gün Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və EtimadTədbirləri üzrə Müşavirənin (AQEM) təşkilatçılığı ilə keçirilən“AQEM məkanında davamlı inkişaf naminə qadınların səsləriningücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxışındabildirib.

Onun sözlərinə gorə, bəzi hallarda hüquqdan daha çox haqqməsələsi problemi yaranır:

"Məsələn, yaylağa mal-qara aparan qadınlar üçün əlverişliyerlərin əldə edilməsi, suvarma suyunun cədvəlləşdirilməsi zamanıəksər fermerlərin suvarma vaxtının gündüz saatlarına düşməsi kimiməsələlər mövcuddur.

Biznesin qeydiyyatının sadələşdirilməsi, elektron xidmətləringenişləndirilməsi, qadınların maliyyə resurslarına çıxışının təminolunması qarşıda duran əsas məqsədlərdir. Təsərrüfatda çalışanqadınlar tamhüquqlu iqtisadi subyekt kimi iştiraketməlidirlər".

Gülbəniz Qənbərova kəndlərdə kollektiv qadın bizneslərinə dədiqqət çəkib. O bildirib ki, regionlarda kollektiv qadın bizneslərigeniş vüsət alır:

"Bu model çərçivəsində qadınlar birgə fəaliyyət göstərərək dahaçox istehsal edir, satış həyata keçirir və gəlir əldə edirlər. Özbizneslərini böyütdükcə kənddə yaşayan digər qadınları da işlətəmin edirlər. İndiyədək 780 qadın bu model əsasında özünüməşğulluqla təmin edib".

Chosen
35
2
az.trend.az

3Sources