EN

Çiğdem Erdoğan: Bunun üçün türk dövlətlərindən güclü qadınları bir araya gətirmək mümkündür

BAKI, 14 aprel. TELEQRAF

Qadın sahibkarlığına töhfə vermək və gücləndirmək üçün türk dövlətlərindən güclü qadınları bir araya gətirmək mümkündür.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin Qadın və Kişi Bərabər İmkanlar Komitəsinin sədri Çiğdem Erdoğan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda beynəlxalq konfransı çərçivəsində keçirilən "Qadın sahibkarlığının inkişafı və qanunvericiliyin təkmilləşdirilməsi" mövzusunda panel müzakirədə deyib.

O bildirib ki, mütləq təcrübə paylaşmaq üçün proqramlar, onlayn platformalar olmalıdır.

"Türkiyədə qadınlara dəstək proqramı var. O proqrama qoşulan qadınların sayı minlərlədir. Həmçinin şiddəti izləyən bir mərkəz var. Uiversitetlərdə də qadın araşdırmaçılar üçün bir mərkəz var. Azərbaycanda da bu təcrübələri istifadə etmək olar", - o vurğulayıb.

Chosen
12
1
teleqraf.com

2Sources