Müəllif: Gülnar Əhmədli, Banco.az
Ölkənin aktivlərinin həcminə görə ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2025-ci ili 110 milyon 570 min manat xalis mənfəətlə başa vurub.
Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ABB-nin xalis mənfəəti illik müqayisədə 44 milyon 905 min manat və ya 68,4% artıb.
Hesabat dövründə ABB-nin aktivləri 14 milyard 310 milyon 692 min manata bərabər olub.
Bankın kredit porfeli isə 7 milyard 158 milyon 144 min manat təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 78 milyon 161 min manat və ya 1,1% çoxdur.
Qeyd edək ki, ABB-nin depozit porfeli mart ayının sonuna 9 milyard manatı ötüb. Bunun da 3 milyard 562 milyon 323 min manatı fiziki şəxslərin depozitləri, 5 milyard 447 milyon 398 min manatı isə hüquqi şəxslərin depozitləri olub.
Bizi sosial şəbəkələrdən izləyin!!