EN

Rusiyada narahat gecə: 97 Ukrayna dronu...

Rusiya hava hücumundan müdafiə sistemləri ötən gecə 97 Ukrayna dronu ələ keçirib və məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, məhv edilən bütün PUA-lar sabit qanadlı təyyarələrdir. Dronlar Belqorod, Bryansk, Voronej, Kursk, Lipetsk, Rostov, Tula vilayətləri və işğal altında olan Krımda vurulub.

Bundan əlavə, Azov dənizi üzərində hava hücumundan müdafiə əməliyyatları aparılıb.

Chosen
7
publika.az

1Sources