EN

Bank sektorunun kredit portfeli 30 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin sonu ilə müqayisədə bank sektorunun kredit portfeli 9.4% artaraq 30.1 mlrd. manata çatıb.

Banco.az Mərkəzi Bankın "Maliyyə Sabitliyi" hesabatına istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin sonunda 27.5 milyard manat, 2023-cü ilin sonunda isə 23.2 milyard manata bərabər olub.

2025-ci ilin sonuna portfelin 16,1 milyard manatını biznes kreditləri, 9,4 milyard manatını istehlak kreditləri, 4,6 milyard manatını isə ipoteka kreditləri təşkil edib.

Məlumata görə, son illər kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunsa da, portfelin illik artım tempi nominal qeyri-neft ÜDM-in artım tempini (7.7%) üstələməkdə davam edir.

Sektor üzrə 19 bankın kredit portfeli 2024-cü ilin sonu ilə müqayisədə artıb, 13 bankda isə kredit portfelinin artımı nominal qeyri-neft ÜDM artımının üzərində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
14
banco.az

1Sources