Xəzər dənizində 3,8 maqnitudalı daha bir zəlzələ olub.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:00-da qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 5 kilometrdir.
Qeyd edək ki, bu gün səhər saatlarında da Xəzər dənizində 3,1 və 3,2 maqnitudalı zəlzələlər qeydə alınıb.