EN

Xəzər dənizində dördüncü zəlzələ baş verib

Xəzər dənizində 3.1 maqnitudalı dördüncü zəlzələ baş verib.

Ölkə.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla aprelin 14-ü saat 10:21-də qeydə alınıb.

Zəlzələ ocağının dərinliyi 25 kilometrdir.

Qeyd edək ki, bu gün səhər saatlarında da Xəzər dənizində 3,1;3,2 və 3,8  maqnitudalı zəlzələlər qeydə alınıb.

Chosen
28
50
olke.az

10Sources