EN

Bu ərazidə qar 88 sm-a çatıb - FAKTİKİ HAVA

Naxçıvan Muxtar Respublikasında (MR) 3 min metr yüksəklikdə qar örtüyünün qalınlığı 88 sm təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzi açıqlama yayıb.

Verilən məlumata görə, bir sıra rayon və kəndlərdə qar və yağış müşahidə olunub.

Şahbuz və Ordubad rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. Qar örtüyünün hündürlüyü Ordubad rayonunun yüksək dağlıq ərazilərində (3 000 metr) 88 sm, Parağaçay Qar Uçqunu Stansiyasında 25 sm, Şahbuz rayonunun Kükü kəndində 5 sm, Biçənək kəndində isə 6 sm qeydə alınıb.

Yağıntının miqdarı Naxçıvan şəhərində 4 mm, Şahbuzda 12 mm, Kükü kəndində 14 mm, Biçənək kəndində (Şahbuz) 10 mm, Şərurda 3 mm, Axura kəndində (Şərur) 7 mm, Ordubadda 8 mm, Parağaçayda (Ordubad) 26 mm, Culfada 8 mm, Kəngərlidə 3 mm, Sədərəkdə isə 2 mm olub.

Milli.Az 

Chosen
1
16
milli.az

10Sources