EN

Trampdan “The New York Times” qəzetinə: “Onlarda heç utanmaq hissi yoxdur?”

ain.az, Bizim media saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetini sərt tənqid edib.Bizim.Media xəbər verir ki, Ağ Evin sahibi “Truth Social” sosial şəbəkəsində yazıb ki, qəzet İranın guya “əslində qalib gəldiyi” və ya ən azı özünü kifayət qədər yaxşı hiss etdiyi təəssüratı yaradır.Onun sözlərinə görə, əslində İran həm hərbi, həm də digər sahələrdə tamamilə darmadağın edilib.“Bu günə qədər hələ də iflasa uğrayan The New York Times-ı oxuyanlara elə gələ bilər ki, İran əslində qalib gəlir və ya ən azı özünü kifayət qədər yaxşı hiss edir. Amma bu belə deyil və The New York Times da çox yaxşı bilir ki, bu, saxta xəbərlərdir”, - deyə Tramp bildirib.ABŞ prezidenti daha sonra nəşri ondan, tərəfdarlarından və ölkədən üzr istəməməkdə ittiham edib.“Bu korrupsiyalaşmış media qurumu mənə, tərəfdarlarıma və ölkəmizə qarşı yalanlarına və iyrənc hərəkətlərinə görə nə vaxt üzr istəyəcək? Onlarda heç utanmaq hissi yoxdur? Onlarda heç bir ədəb-ərkan qalmayıbmı?” - deyə Tramp vurğulayıb.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
2
bizim.media

3Sources