EN

"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib

2026-cı ilin 31 mart tarixinə "Expressbank" ASC-nin cəmi aktivləri 661 milyon 973 min manat təşkil edib. Bu göstərici 2025-ci ilin sonu ilə müqayisədə (666 milyon 740 min manat) 4 milyon 767 min manat və ya 0,7% azalıb.

Marja.az-ın məlumatına görə, aktivlərin azalması əsasən nağd pul vəsaitlərində və kredit portfelində müşahidə olunan dəyişikliklərlə bağlıdır. Bununla belə, azalma nisbətən məhdud həcmdədir və bankın ümumi balans ölçüsünün stabil qaldığını göstərir.

Kredit portfeli

Hesabat dövrünün sonuna bankın kredit portfeli 546 milyon 544 min manat təşkil edib. Bu da 2025-ci ilin sonundakı 549 milyon 713 min manat ilə müqayisədə 3 milyon 169 min manat və ya 0,6% azalma deməkdir.

Kredit portfelinin strukturunda aşağıdakı dəyişikliklər qeydə alınıb:

İstehlak kreditləri – 225 milyon 424 min manat, illik müqayisədə 2 milyon 967 min manat və ya 1,3% azalma,

Biznes kreditləri – 201 milyon 3 min manat, 1 milyon 796 min manat və ya 0,9% artım,

İpoteka kreditləri – 120 milyon 117 min manat, 1 milyon 999 min manat və ya 1,6% azalma.

İş elanları AzVak.az-da

Chosen
14
1
marja.az

2Sources