EN

ABŞ blokadası işə yaramadı: Sanksiyalı Çin tankeri Hörmüz boğazını keçdi

ABŞ-ın blokadasına baxmayaraq: Çin tankeri Hörmüz boğazından keçib.

İnterpress.az xəbər verir ki, bu barədə “xarici KİV” məlumat yayıb.

ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi dəniz blokadasına baxmayaraq, ABŞ-ın sanksiya siyahısında olan Çin tankeri Hörmüz boğazından keçməyə müvəffəq olub. İranla əməkdaşlığına görə sanksiyalara məruz qalan “Rich Starry” gəmisi Amerika hərbi gəmilərinin yolu bağlamasına rəğmən, boğaza daxil olub və Fars körfəzindən çıxıb. Gəminin göyərtəsində Çin heyəti və təxminən 250 min barel metanolun olduğu bildirilir.

“Shanghai Xuanrun Shipping Co Ltd” şirkətinə məxsus tanker ardınca daha bir sanksiyalı gəmi – “Murlikishan” da boğaza doğru hərəkət edir. Qeyd edək ki, “Murlikishan” tankeri daha əvvəl Rusiya və İran neftinin daşınmasında istifadə edilib. Gözlənilir ki, aprelin 16-da həmin gəmi İraqda mazutla yanacaq dolduracaq.

Xuraman Etibarlı

İnterpress.az


Chosen
16
50
interpress.az

10Sources