EN

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

Azərbaycandan Ermənistana yanacaq ixracı davam edir.

AZƏRTAC xəbər verir ki, bu gün Ermənistana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib.

Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə növbəti yük daşınması həyata keçirilib. Belə ki, bu gün 4 vaqondan ibarət, ümumi çəkisi 240 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınacaq.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana ümumilikdə 6312 ton dizel yanacağı, 979 ton Aİ-92 markalı benzin və 2955 ton Aİ-95 markalı benzin, Azərbaycan üzərindən tranzit keçməklə Rusiyadan Ermənistana 23,9 min ton taxıl, 1100 tondan artıq gübrə və 68 ton qarabaşaq məhsulu daşınıb.

Chosen
10
31
azerbaijan-news.az

10Sources