EN

Azərbaycanda meyit donorlardan ən çox transplantasiya olunan orqanlar açıqlandı

“Bu günə qədər beyin ölümü keçirmiş 13 meyid donordan 73 orqan və toxuma transplantasiya edilib”.

Aznews.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlayıb.

Onun sözlərinə görə, onlardan 23-ü böyrək, 13-ü qaraciyər, 2-i ürək, 30-u isə gözün buynuz qişasıdır: “Ümumilikdə isə beyin ölümü protokolu tərtib olunduqdan bu günə qədər 72 nəfərə beyin ölümü diaqnozu qoyulub. Bunlardan 14 nəfər rəhmətə gedib, ikinci dəfə beyin ölümü təstiqi üçün zaman çatmayıb. 27 nəfərin orqanları köçürülməyə uyğunsuz olub, 18 nəfərin yaxınları isə imtina edib”.

Chosen
14
1
aznews.az

3Sources