EN

Süfrəmizə gələn ilk tərəvəzlər nə qədər təhlükəsizdir?

Erkən yetişən tərəvəz və göyərtilərdə nitratların miqdarı yüksək ola bilər.

Ölkə.az "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə Rusiya Texniki Universitetinin MIREA Biotexnologiya və Sənaye Əczaçılığı kafedrasının dosenti Maria Zolotaryova danışıb.

Ekspertin sözlərinə görə, bir çox insan bu məhsulları vitamin mənbəyi hesab etsə də, onların potensial təhlükəsini nəzərə almır. Zolotaryova qeyd edib ki, bu cür tərəvəzlər çox vaxt yüksək miqdarda azot gübrələri ilə yetişdirilir və bu da xüsusilə kahı yarpaqları, şüyüd və turpda nitratların toplanmasına səbəb olur.

O bildirib ki, nitratlar özlüyündə təhlükəli olmasa da, orqanizmdə nitritlərə çevrilə bilər və bu maddələr qana təsir göstərir. Nitritlər hemoglobinlə qarşılıqlı əlaqəyə girərək onun strukturunu dəyişir və nəticədə qanın oksigen daşıma qabiliyyəti azalır. Bu isə xüsusilə uşaqlar və yaşlılar üçün təhlükəlidir.

Bundan əlavə, göyərtilərin səthində torpaq və sudan gələn mikroorqanizmlər qala bilər. Mütəxəssislər mümkün riskləri azaltmaq üçün tərəvəzlərin axar su altında yaxşı yuyulmasını, lazım gəldikdə isə suda saxlanmasını tövsiyə edirlər.

Həmidə İbrahimova

Chosen
15
1
olke.az

2Sources