EN

60 yaşlı kişi pilləkəndən yıxılıb öldü

Xaçmaz rayonunda 60 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
BUTA.TV xəbər verir ki, hadisə bu gün səhər saat 5 radələrində rayonun Qusarkənd kəndi ərazisində baş verib. Kənd sakini, 1966-cı il təvəllüdlü Telman Xasay oğlu Fərhadov yaşadığı evin həyətində pilləkənindən yıxılıb. Ağır kəllə-beyin travması ilə xəstəxanaya çatdırılan T.Fərhadov orada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
20
2
buta.tv

3Sources