EN

AUF2 dən WUF13 ə: Azərbaycan QHT lərinin dayanıqlı şəhərsalma prosesində artan rolu ŞƏRH

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 14 aprel, AZƏRTAC

Sürətlə urbanizasiya olunan dünyada şəhərlər yalnız iqtisadi inkişafın mərkəzi deyil, eyni zamanda, sosial inklüzivliyin, ekoloji dayanıqlığın və innovativ idarəetmənin əsas platformasına çevrilir. Bu baxımdan, II Africa Urban Forumu kimi beynəlxalq platformalar xüsusən qlobal Cənub ölkələrinin təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarını genişləndirmək baxımından əhəmiyyət kəsb edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qlobal Cənub QHT Platforması Katibliyinin nümayəndəsi Nədimə Rəhimli deyib.

O bildirib ki, II Africa Urban Forumunda Azərbaycan QHT-lərinin iştirakı ölkəmizin dayanıqlı və inklüziv şəhər inkişafı, iqlim dəyişikliklərinə adaptasiya və icma əsaslı yanaşmalar üzrə beynəlxalq təcrübə mübadiləsinə fəal şəkildə qoşulduğunu göstərir. Qlobal Cənub QHT Platformasının AUF2-də keçirdiyi yan tədbir isə QHT-lərin dayanıqlı şəhər inkişafı üzrə əməkdaşlığını gücləndirərək WUF13-ə doğru ortaq yanaşmaların formalaşmasına şərait yaradıb.

“Bu xüsusda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin AUF2-də iştirakı ölkəmizin beynəlxalq urban inkişaf gündəliyinə artan inteqrasiyasının göstəricisidir. Forum çərçivəsində Azərbaycan QHT-ləri dayanıqlı şəhərsalma, inklüziv urban siyasəti, iqlim dəyişikliyi ilə mübarizə və icma əsaslı inkişaf kimi mühüm mövzularda təcrübələrini bölüşmək imkanı əldə edib. Bununla yanaşı, Baş Qərargahı Bakı şəhərində yerləşən, ötən il əsası qoyulmuş Qlobal Cənub QHT Platformasının Forum çərçivəsində təşkil etdiyi “AUF2-dən WUF13-ə və ondan sonrakı dövrə: Afrikada Davamlı Şəhər İnkişafı üzrə QHT Forumu” yan tədbiri vətəndaş cəmiyyətinin dayanıqlı urbanizasiya prosesində rolunun gücləndirilməsi, təcrübə və bilik mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət kəsb etmiş oldu. Tədbir, eyni zamanda, QHT-lər arasında əməkdaşlığın genişləndirilməsinə və World Urban Forum 13-ə doğru ortaq yanaşmaların formalaşdırılmasına töhfə verəcək”, - deyə N.Rəhimli vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
9
1
azertag.az

2Sources