EN

Fransada 2030 cu ilədək iki milyon evin tikintisi planlaşdırılır

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 14 aprel, AZƏRTAC

Fransa hökuməti ölkədə mənzil böhranının həlli çərçivəsində 2030-cu ilədək iki milyon yeni ev tikməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, Fransa mediasının məlumatına görə, bunu Baş nazir Sebastyən Lökornü 2026-cı il büdcəsi çərçivəsində həyata keçiriləcək mənzil siyasəti tədbirlərinin müzakirəsi zamanı deyib. Lökornü mənzil məsələsinin ölkənin "ən təcili problemlərindən" biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məsələnin həllini artıq təxirə salmaq mümkün deyil. Baş nazir hökumətin ildə 400 min ev olmaqla, 2030-cu ilədək iki milyon evin tikintisinin planlaşdırıldığını və bunun əsas layihələrdən biri olduğunu bildirib.

Fransanın aşağıgəlirli əhali üçün mənzil fondunun bu il dərc etdiyi hesabata əsasən, ölkədə təxminən 350 min evsiz insan var, həmçinin 4,2 milyondan çox insan keyfiyyətsiz mənzillərdə yaşayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
1
azertag.az

2Sources