EN

Kayrat Sarıbay: Çoxtərəfli platformalar üzv dövlətlər arasında ən yaxşı təcrübələrin mübadiləsinə şərait yaradır

Bakı, 14 aprel, AZƏRTAC

Beynəlxalq və regional təşkilatlar qadınların səlahiyyətlərinin artırılması istiqamətindəki qlobal səylərdə mühüm tərəfdaşlardır. Onlar bu prosesdən kənarda qala bilməzlər. AQEM də daxil olmaqla, çoxtərəfli platformalar normaların formalaşmasına kömək edir, dialoqu asanlaşdırır və üzv dövlətlər arasında ən yaxşı təcrübələrin mübadiləsinə şərait yaradır. Onlar, həmçinin qlobal öhdəliklərin milli səviyyədə icrası ilə əlaqələndirilməsində mühüm rol oynayırlar.

AZƏRTAC xəbər verir ki, bunu “AQEM məkanında davamlı inkişaf naminə qadınların səslərinin gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində AQEM-in Baş katibi Kayrat Sarıbay deyib.

O bildirib ki, etimadın artırılması, iqtisadi artım və əməkdaşlığa yönələn AQEM Asiyada 28 üzv dövləti birləşdirir. Bu üzvlük dünya əhalisinin demək olar ki, yarısını təşkil edən iqtisadi inkişaf, demoqrafik meyllər, mədəni dinamika və sosial strukturlar baxımından böyük bir müxtəlifliyi təmsil edir. Son onilliklər ərzində Asiyada nəzərəçarpacaq irəliləyişlər olsa da, siyasətdə, iqtisadi liderlikdə, sülh quruculuğunda və ya iqlim dəyişikliyi müzakirələrində, eləcə də bir çox qərar qəbuletmə sahələrində qadınların səsi hələ də az təmsil olunur. Bu da bugünkü konfransımızın mövzusunu daha da aktual edir.

Müxbir-Aytac Haqverdiyeva, Tərgül Babayeva, Fərid Səlimov
Fotoqraf-Azər İbrahimov
Operator-İlham Nadirov
Chosen
24
1
azertag.az

2Sources