EN

Azərbaycanda gündəlik neft hasilatı nə qədər olacaq? – Proqnoz açıqlandı

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda neft hasilatının orta hesabla günə0,58 milyon barel təşkil edəcəyi gözlənilir.

Trend bu barədəBeynəlxalq Enerji Agentliyinin (BEA) neft bazarı üzrə aprelhesabatına istinadən xəbər verir.

Proqnoz agentliyin əvvəlki qiymətləndirməsi ilə müqayisədədəyişməz qalıb.

BEA-nın məlumatına görə, 2026-cı ilin birinci rübündəAzərbaycanda neft hasilatı təxminən günə 0,59 milyon barel təşkiledib Növbəti rüblərdə bu göstəricinin bir qədər azalaraq 0,58milyon barel səviyyəsinə enəcəyi gözlənilir.

Azərbaycanın Energetika Nazirliyinin məlumatına görə, 2026-cıilin yanvar-mart ayları üzrə respublikada 6,6 milyon ton neft(kondensatla birlikdə) hasil edilib. Hasilatın 3,9 milyon tonu“Azəri-Çıraq-Günəşli”nin, 0,9 milyon tonu “Şahdəniz”in, 0,1 milyontonu “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatlabirlikdə) hasilatı 1,7 milyon ton təşkil edib.

Bildirilib ki, bu dövrdə 5,2 milyon ton neft (kondensatlabirlikdə) ixrac olunub. Bunun 4,8 milyon tonu konsorsiumların, 0,3milyon tonu SOCAR-ın, 0,1 milyon tonu isə JOCAP-ın payınadüşüb.

Qeyd edək ki, bu ilin 1-ci rübündə xam neft hasilatı ortahesabla gündəlik 61 min ton (450 min barrel), kondensat hasilatı 13min ton (105 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı ortahesabla gündəlik 74 min ton (555 min barrel) olub.

Əsas həcm "Azəri-Çıraq-Günəşli" blokunun payına düşüb — 3,9milyon ton. "Şahdəniz" yatağında hasilat 0,9 milyon ton, "Abşeron"yatağında isə 0,1 milyon ton təşkil edib. SOCAR-ın payına 1,7milyon ton düşüb.

Hesabat dövründə neft ixracı 5,2 milyon ton olub. Tədarüklərinəsas hissəsi beynəlxalq konsorsiumlar tərəfindən həyata keçirilib,qalan həcmlər isə SOCAR və JOCAP tərəfindən təmin edilib.

Birinci rübdə gündəlik orta neft hasilatı 61 min ton, kondensathasilatı isə 13 min ton təşkil edib və bununla da ümumi gündəlikkarbohidrogen hasilatı 74 min tona çatıb. Göstərilən dövrdə neftemalının həcmi 1,4 milyon ton olub.

Məqalədə:
Chosen
1
1
az.trend.az

6Sources