EN

Vətəndaşlar Novxanıda tullantıları tinglərə dəyişiblər

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Novxanı qəsəbəsində yerləşən “Araz” supermarketinin qarşısında keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində vətəndaşlar ümumi tutumu 306 litr olan şüşə tullantı və 85 ədəd işlənmiş batareya təhvil verərək əvəzində Eldar şamı, sərv və badam tingləri əldə ediblər.

Nazirlik ətraf mühitin mühafizəsi və tullantıların düzgün idarəolunması istiqamətində bu kimi layihələrdə fəal iştirak edən bütün vətəndaşlara minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
2
azertag.az

3Sources