EN

Türkiyədə liseyə silahlı hücum edən məktəbli özünü öldürüb, 16 nəfər yaralanıb – YENİLƏNİB

Türkiyədə liseyə edilən silahlı hücumda yaralananların sayı artıb.

NTV-nin xəbərinə görə, hadisə nəticəsində 16 nəfər yaralanıb.

Şanlıurfa valisi bildirib ki, hücumu törədən məktəbli özünü öldürüb.

Onun sözlərinə görə, xəsarət alan 16 nəfərdən 10-u şagirddir, bir müəllimin vəziyyəti ağırdır.

Şanlıurfa valisi əlavə edib ki, hücumu törədən 2007-ci il təvəllüdlü şəxs daha əvvəl bu liseydə təhsil alıb.

Yaralananlardan birinin polis əməkdaşı olduğu qeyd edilib.

***

11:47

Türkiyədə məktəbə girən silahlı şəxs ətrafa atəş açıb.

NTV-nin xəbərinə görə, hadisə Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib.

Belə ki, silahlı şəxs tüfənglə yeddi nəfəri yaralayıb. Silahlı şəxsin bir neçə şagirdi girov götürdüyü deyilir.

Hadisədən sonra əraziyə çoxsaylı tibb briqadası və xüsusi polis qüvvələri cəlb edilib.

Silahlı hücumu həyata keçirən şəxsin məktəbli olduğu bildirilir.

Şagirdlərin böyük əksəriyyətinin təxliyə olunduğu qeyd olunub. Silahlı şəxsin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülür.

Chosen
20
3
interpress.az

10Sources