EN

Qafqazı "yuyan" yağış - Bu tarixə qədər kəsməyəcək

Bildiyimiz kimi, həm Azərbaycanda, həm də Qafqaz regionunda aprel ayı kəskin hava dəyişikliyi və intensiv yağıntılarla müşayiət olunur. Hər iki bölgənin dağlıq ərazilərində qar və dolu, düzənliklərdə isə güclü leysan yağışları həyatın ritmini çətinləşdirib. Son məlumata görə, aprelin 14-də Azərbaycan ərazisində, xüsusilə dağlıq rayonlarda yağıntıların davam edəcəyi, bəzi yerlərdə qar yağacağı gözlənilir. Bəs oxşar vəziyyətin hökm sürdüyü Şimali Qafqazda necə, havaya bel bağlamaq olarmı?

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzinin aparıcı mütəxəssisi Marina Makarova Şimali Qafqazda "dəhşətli yağıntıların" aprelin 15-nə qədər davam edəcəyini açıqlayıb.

Sinoptikin sözlərinə görə, qonşu regionun dağlarında dolu və güclü şimşək çaxması ilə müşahidə olunan yağışlar çərşənbə gününə qədər kəsilməyəcək.

Makarova Stavropol diyarı, Qaraçay-Çərkəz və Şimali Osetiya-Alaniya respublikalarında sulu qar və intensiv yağıntıların yalnız aprelin 15-i günorta saatlarından etibarən zəifləyəcəyini proqnozlaşdırıb.

Azərbaycanda isə aprelin 15-də havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunsa da, gecə və axşam bəzi şimal və qərb rayonlarında yenidən şimşək çaxacağı, yağış yağacağı və dağlıq ərazilərdə dolu düşəcəyi xəbərdarlığı edilib.

Chosen
5
publika.az

1Sources