EN

Müharibənin İrana vurduğu zərər AÇIQLANDI - Tehran bu qədər TƏZMİNAT TƏLƏB EDİR

İran hökumətinin sözçüsü Fatma Mühacerani ABŞ və İsrailin hücumları nəticəsində dəyən zərərin və tələb olunacaq müharibə təzminatının ilkin hesablamalara görə təxminən 270 milyar dollar olduğunu açıqlayıb.

Musavat.com xəbər verir ki,  “RİA Novosti”yə müsahibəsində Fatma Mühacerani qeyd edib ki, hücumlar nəticəsində yaranan zərərin ödənilməsi üçün nəzərdə tutulan məbləğ hələlik ilkin təxminlərə əsaslanır.

O, dəqiq rəqəmin müvafiq qurumlar tərəfindən müxtəlif sahələrdə aparılan hərtərəfli zərər-müəyyənləşdirmə işləri tamamlandıqdan sonra rəsmi şəkildə elan ediləcəyini vurğulayıb.

Təzminat tələbinin təfərrüatlarına toxunan sözçü bildirib ki, bura aşağıdakı zərərlər daxildir:

  • Zərər görmüş mülki binalar, iş yerləri və fabriklər;

  • Minab şəhərindəki məktəbə edilən hücum zamanı həlak olan azyaşlı qızların ailələrinin hüquqları və mənəvi zərər.

Mühaceraninin sözlərinə görə, müharibə təzminatı məsələsi prezident Məsud Pezeşkian tərəfindən müxtəlif platformalarda mütəmadi olaraq qaldırılır.

Həmçinin İranın nümayəndə heyətinin İslamabadda keçirdiyi görüşlərdə də bu mövzu danışıqlar masasının əsas mövzularından biri olub.

Musavat.com

Chosen
8
musavat.com

1Sources