EN

Uşaqlar üçün transplantasiya daha çətindir - Səhiyyə Nazirliyi

Bakı. Trend:

Uşaqlar üçün transplantasiya daha çətindir. Çətinliyin əsassəbəblərindən biri uşaqlarda orqanların və qan damarlarının dahakiçik ölçüdə olmasıdır ki, bu da cərrahi texnikanı daha mürəkkəbedir.

Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyi Orqan Donorluğu vəTransplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətininsədri Yeganə Abbasova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”efirində açıqlayıb.

Onun sözlərinə görə uyğun ölçüdə donor orqan tapmaq uşaqlardadaha çətin ola bilər:

“Uşaqlarda beyin ölümü diaqnozu çox az hallarda qoyulur və təbiiki, o anda valideynlerdən razılıq almaq daha çətindir. Uşaqlarınimmun sistemi də fərqli reaksiya verə bildiyi üçüntransplantasiyadan sonra immunosupressiv müalicənin düzgüntənzimlənməsi xüsusi diqqət tələb edir. Eyni zamanda uşaqlardaəməliyyatdan sonrakı dövrdə böyümə və inkişaf faktorları da nəzərəalınmalıdır. Buna görə transplantasiya prosesi uşaqlarda dahamürəkkəb planlaşdırma və uzunmüddətli nəzarət tələb edir”.

Y.Abbasova bildirib ki, uşaqlarda əməliyyatdan sonrakı dövrdəböyümə və inkişaf amilləri, uzunmüddətli müalicənin təsirləri vəpsixoloji uyğunlaşma da nəzərə alınmalıdır:

“Transplantasiya olunmuş orqanın uşağın böyüməsi ilə uyğunşəkildə fəaliyyət göstərməsi və uzun müddət qorunması üçün davamlıtibbi nəzarət tələb olunur”.

Məqalədə:
Chosen
1
4
az.trend.az

5Sources