EN

AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

Daha bir milli komandanın baş məşqçisi ilə bağlı suala aydınlıq gəlib.

Msport.az xəbər verir ki, söhbət U-19 yığmanın çalışdırıcısı İlham Yadullayevdən gedir.

Bir neçə ildir AFFA ilə əməkdaşlıq edən, bu müddətdə müxtəlif yaş qrupundan ibarət millilərə baş məşqçilik edən Yadullayevlə bu dəfə yola davam edilməyib. 50 yaşlı mütəxəssislə başa çatan müqavilənin yenilənməməsi qərara alınıb.

Daha əvvəl U-15 və U-16 yığmaları çalışdırmış İlham Yadullayev ardıcıl olaraq U-17 və U-18 millilərinə də rəhbərlik edib. O, Elxan Abdullayevin gedişindən sonra U-19-u oyunlara çıxarırdı.

Chosen
29
msport.az

1Sources