EN

“Lufthansa”nın pilotlarının tətili Praqada uçuşları iflic edib

Praqa, 14 aprel, AZƏRTAC

Almaniyanın “Lufthansa” aviaşirkətinin pilotlarının keçirdiyi tətil Çex Respublikasının paytaxtı Praqa ilə hava əlaqəsinə ciddi təsir göstərib.

AZƏRTAC xəbər verir ki, aksiya nəticəsində yüzlərlə reys ləğv olunub.

Məlumata görə, tətil əsasən pilotların pensiya şərtləri ilə bağlı aparılan danışıqların nəticəsiz qalması səbəbindən təşkil olunub.

Praqa hava limanında, xüsusilə, Frankfurt və Münxen istiqamətində uçuşlar ləğv edilib. Bu marşrutlar Çex Respublikası ilə Almaniya arasında əsas hava əlaqələrindən hesab olunur və onların dayandırılması həm sərnişin, həm də biznes səfərlərinə mənfi təsir göstərib.

Ekspertlər bildirirlər ki, davam edən əmək mübahisələri həll olunmasa, yaxın günlərdə də oxşar pozuntuların yaşanması mümkündür. Aviaşirkət isə sərnişinlərə reyslərin statusunu əvvəlcədən yoxlamağı tövsiyə edir.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Chosen
67
20
azertag.az

10Sources