EN

Sevda Əliqızı: Pandemiya vaxtı şirniyyat sifarişləri götürməyə başladım

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Müğənni Sevda Əliqızı şirniyyat bişirməyə olan həvəsindən danışıb.

BAKU.WS xəbər verir ki, "Günorta Efirdəyik" verilişinə qonaq olan ifaçı ilk dəfə pandemiya vaxtı şirniyyat sifarişləri götürdüyünü və onları evində hazırlayaraq satdığını bildirib:

"Düzdür, az etdim, yəni sifariş çox götürmədim. Əslində sifariş də götürürəm, amma çox sifari. almaq istəmirəm. Novruz bayramında da bir-iki sifarişim oldu, onlar da həkim dostlarım idi. Xahiş etdilər, mən də qəbul etdim. Amma ümumilikdə çox sifariş götürməyə meyilli deyiləm. Heç olmasa hərəsindən 40 dənə edim dedim, amma düşündüm ki, 40 dənə də azdır.

Mən bu işi çox sevirəm. Bəlkə inanmazsınız, amma mən ilk dəfə 7 yaşımda aş bişirmişəm. O vaxtdan bu işə həvəsim var. Ümumiyyətlə yemək bişirməyi çox sevirəm. Pandemiya vaxtı bu işə başladım. O. Bu iş mənə çox kömək etdi".

Ətraflı videoda:

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
baku.ws

1Sources