EN

31 yaşlı ANAMA əməkdaşı minaya düşüb öldü

31 yaşlı ANAMA əməkdaşı minaya düşüb öldü

Bu gün işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.

AFN.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.

Bildirilib ki, Agentliyin 1995-ci il təvəllüdlü əməkdaşı Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayıb. Hadisə minatəmizləmə əməliyyatları aparılan zaman qeydə alınıb.

Təəssüflə bildiririk ki, ağır partlayış nəticəsində Agentliyin əməkdaşı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hazırda faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır. Allah rəhmət eləsin!

Chosen
32
afn.az

1Sources