EN

Sürücülərin iş və istirahət rejimi təmin edilib

Yazını böyüt
Yazını kiçilt

Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda sürücülərin iş və istirahət rejiminə riayət olunmasının təmin edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Hafta.az-a verilən məlumata görə, Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzinin İspra şəhərində təşkil edilən sessiyasında təmsil olunub.

Bildirilir ki, prosedur qaydalarına uyğun olaraq rəqəmsal taxoqraf sisteminə aid Milli Açarlar yenilənərək sertifikatlaşdırılıb və istehsalçı şirkətə təhvil verilib. Taxoqraf kartlarının istehsalına dair nəzərdə tutulan bütün işlər yekunlaşdırılıb, kartların istehsalına başlanılıb və ilk kartlar artıq Azərbaycana çatdırılıb.

Beynəlxalq yükdaşıma fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər taxoqrafdan istifadə, ona texniki xidmət üzrə xüsusi proqram əsasında hazırlıq keçərək müvafiq şəhadətnamə əldə edə, daha sonra AYNA-nın Elektron xidmətlər portalı vasitəsilə taxoqraf kartının alınması üçün müraciət edə bilərlər.

Qeyd edək ki, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalarda sürücülərin iş və istirahət rejiminə riayət olunmasının təmin edilməsi məqsədilə son 5 il ərzində 12 624 rəqəmsal taxoqraf kartı ölkəyə gətirilib, operator və sürücülərə təqdim edilib.

Chosen
4
1
hafta.az

2Sources